Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan opera kollektivi dünya səhnəsində

2 dəq
Paylaş:
Azərbaycan opera kollektivi dünya səhnəsində

Bu gün Oman Sultanlığının Maskat şəhərində “Royal Opera House ” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əsas partiyada Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcək. Eyni zamanda səhnə əsəri Dövlət Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim olunacaq.

Azərbaycan kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir. Qeyd edək ki, bu opera evi ərəb dünyasında ölçüsünə görə ikinci ən böyük opera teatrı hesab olunur.

Dünya opera irsinin tanınmış əsərlərindən olan “Toska” operasının Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.

Tamaşada Floriya Toska rolunu italyan soprano Carmen Giannattasio, Mario Kavaradossi rolunu tenor Yusif Eyvazov, Baron Skarpia rolunu isə tanınmış bariton Ambrogio Maestri ifa edir. Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rollarda çıxış edirlər.

Tamaşanın səhnə quruluşu Davide Livermore, musiqi rəhbərliyi isə dirijor Fabio Mastrancelonun rəhbərliyi ilə həyata keçirilir.

Xatırladaq ki, “Royal Opera House Muscat” Sultan Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax