Əsas məzmuna keç

Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Adil Kərimli və səfir Birol Akgün humanitar bağları müzakirə ediblər. TÜRKSOY-un istehsalı olan "Molla Nəsrəddin" filmi barədə mühüm yenilik var. Ətraflı mətndə...

en ru

Yanvarın 29-da Respublikasının mədəniyyət naziri Adil Kərimli Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub.

Nazir Adil Kərimli səfiri səmimi salamlayaraq bildirib ki, Azərbaycan–Türkiyə əlaqələri hər il daha da genişlənir və yeni məzmunla zənginləşir. Onun sözlərinə görə, müxtəlif və regional mədəni layihələrdə qarşılıqlı iştirak, yaradıcı kollektivlərin davamlı səfərləri, eləcə də aidiyyəti qurumlar arasında qurulan səmərəli bu sahədə münasibətlərin dinamik inkişafını aydın şəkildə nümayiş etdirir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Birol Akgün isə Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. O, bu istiqamətdə birgə layihələrin və təşəbbüslərin önəmini qeyd edib.

Görüş zamanı TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” adlı filmin Türkiyədə aparılan çəkiliş prosesinin artıq yekunlaşdığı da diqqətə çatdırılıb.
Söhbət çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…