Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti açıqladı

2 dəq
Paylaş:
Sabah hava necə olacaq? Milli Hidrometeorologiya Xidməti açıqladı

Fevralın 18-də Azərbaycanda gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, Bakıda və yarımadasında dəyişkən buludlu olacaq.

Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb axşama doğru mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm-ə enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz isə 60-65% olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, dağlıq zonalarda isə qar yağacağı gözlənilir.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Bölgələrdə temperatur gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax