Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narkoloji xəstələri işə götürənlər cərimələnəcək - Yeni qərar

1 dəq
Paylaş:
Narkoloji xəstələri işə götürənlər cərimələnəcək - Yeni qərar

Azərbaycanda narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə 3 min manatadək cərimələnəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı İnzibati Məcəlləsinə yeni əlavə edilməsi nəzərdə tutulub.

Təklif olunan yeni maddəyə görə, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsinin bağlanması və ya mövcud müqavilənin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi yoxlama arayışı olmadan qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax