Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesini heç bir dəstək olmadan həyata keçirir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günədək dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə 25 milyard manatdan çox vəsait ayrılıb:
"Azərbaycan Qarabağ və Şərqi Zəngəzurdakı bərpa və yenidənqurma prosesini yalnız öz gücünə, heç bir beynəlxalq təşkilatın maliyyə dəstəyi olmadan həyata keçirir".