Operativ Məlumat Mərkəzi

Azərbaycanda qatlanan cib bıçaqlarının satışına qadağa təklif olunur

2 dəq
Paylaş:
Azərbaycanda qatlanan cib bıçaqlarının satışına qadağa təklif olunur

Azərbaycanda cib bıçaqlarının satışının məhdudlaşdırılması, hətta tam edilməsi gündəmə gətirilib. Bununla bağlı təşəbbüs Milli Məclisdə səsləndirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təkliflə parlamentin və idman komitəsinin Cəfərli komitənin bu gün keçirilən iclasında çıxış edib. Deputat bildirib ki, bu tip kəsici alətlər xüsusilə yeniyetmələr və gənclər arasında daha çox maraq doğurur.

Onun sözlərinə görə, son illər gənclər arasında bıçaqlanma hallarının artması ciddi narahatlıq yaradır. Aparılan müşahidə və statistik göstəricilər isə göstərir ki, bu cür hadisələrin əksəriyyəti məhz cibdə asanlıqla daşınan qatlanan bıçaqlardan istifadə olunmaqla törədilir.

Müşfiq Cəfərli qeyd edib ki, mövcud vəziyyət nəzərə alınaraq, qatlanan cib bıçaqlarının satışı və istifadəsinin qadağan edilməsi ictimai təhlükəsizliyin təmin olunması baxımından məqsədəuyğun addım ola bilər. Təklifin gələcəkdə müvafiq qurumlar tərəfindən dəyərləndiriləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax