Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərzağın qiyməti niyə artır? Səbəblər açıqlandı

2 dəq
Paylaş:
Ərzağın qiyməti niyə artır? Səbəblər açıqlandı

Son dövrlərdə ölkədə ərzaq və digər olunan məhsulların qiymətlərində artım müşahidə olunur. Bu isə daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olaraq vətəndaşların gündəlik xərclərinə birbaşa təsir göstərir.

Belə olan halda sual yaranır: Qiymət artımının qarşısını almaq və bazarda stabilliyi təmin etmək üçün hansı addımlar atılmalıdır?

"Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı bildirib ki, ölkədə qiymət artımının əsas səbəbi idxal olunan məhsulların qiymətlərinin yüksəlməsidir.

Vüqar Bayramov Archives - Baki Baku

Deputatın sözlərinə görə, xüsusilə ərzaq məhsullarının xaricdən idxalı daxili bazarda qiymətlərin artmasına səbəb olur.

“İdxal inflyasiyasının tənzimlənməsi və idxalın optimallaşdırılması prioritet olaraq qalır. Eyni zamanda, tələb inflyasiyasının da idarə olunmasına ehtiyac var,” – deyə Vüqar Bayramov vurğulayıb.

qeyd edib ki, əməkhaqqı və pensiyalardakı artım sosial siyasətin əsas istiqamətlərindəndir və prezidentin tapşırığı ilə mütəmadi sosial paketlərin və dəstək tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Bu kontekstdə istehlak bazarında qiymətlərin stabilliyinin qorunması xüsusilə vacibdir.

Gələcək illərdə sosial artımların davamlı olması üçün hansı iqtisadi şərtlər əsasdır?

Vüqar Bayramov əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən monitorinqlər gücləndirilməli, süni qiymət artımlarının qarşısı alınmalıdır. Deputatın sözlərinə görə, pensiya və əmək haqqı artımları zamanı qiymətlərin süni şəkildə yüksəldilməsi arzuolunan deyil və bazar tarazlığının qorunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax