Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Orta Dəhliz üçün vahid tarif modeli hazırlanır

2 dəq
Paylaş:
Orta Dəhliz üçün vahid tarif modeli hazırlanır

, və Gürcüstan Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mediterranean Shipping Company" (MSC) şirkətinin vitse-prezidenti Eduard Ziqrist ilə görüşdə bildirib.

Onun sözlərinə görə, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflər bir sıra əsas infrastruktur layihələrini, o cümlədən Xəzər dənizində yük gəmiləri donanmasının genişləndirilməsini, Azərbaycanla birlikdə dibdərinləşdirmə işlərinin aparılmasını, eləcə də Kurık limanının modernləşdirilməsini həyata keçirirlər.

Bununla yanaşı, tərəflər nəqliyyat və logistika sahələrində perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət konteynerləşdirmə səviyyəsinin artırılmasına yönəldilib ki, bunun da yük dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcəyi gözlənilir.

K.Tokayev dünyanın aparıcı konteyner daşıma şirkətlərindən birinin Qazaxıstan bazarında iştirakını yüksək qiymətləndirərək, bu gün Orta Dəhlizin inkişafının ölkə üçün strateji prioritet olduğunu qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax