Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DİM magistratura imtahanını keçirdi: Nəticələr nə vaxt açıqlanacaq?

2 dəq
Paylaş:
DİM magistratura imtahanını keçirdi: Nəticələr nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, , Mingəçevir və Lənkəranda təşkil olunub.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakıda müşahidə olunan ilə əlaqədar imtahana müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Mayın 18-dən etibarən DİM-də materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bu gün saat 15:00-da DİM-in “” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax