Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edildi

2 dəq
Paylaş:
Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edildi

Azərbaycanın axtarışa verdiyi şəxs Almaniyada tutulub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Azərbaycana ekstradisiyasını həyata keçirib.

Qeyd edilib ki, 1990-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə ( Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.

Vurğulanıb ki, Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.

Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax