Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qəbul imtahanı üçün qeydiyyat başladı - YENİLƏNİB

6 dəq
Paylaş:
Qəbul imtahanı üçün qeydiyyat başladı - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu rəsmən başlayıb.

Dövlət İmtahan Mərkəzindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, ali məktəblərə qəbul olmaq istəyən üçün müraciət prosesi internet üzərindən, müəyyən edilmiş mərhələlər əsasında həyata keçirilir.

Elektron ərizə qəbulu nə vaxt bitir və qeydiyyat necə aparılır?

Ərizə qəbulunun birinci mərhələsi bu gündən etibarən 5 mart tarixinədək davam edəcək. Bu müddət ərzində ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər qeydiyyatdan keçməlidir.

Proses həm cari, həm də əvvəlki illərin məzunları üçün eynidir. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytı olan ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratmalıdırlar. Şəxsi kabineti olanlar isə mövcud istifadəçi adı və paroldan istifadə edə bilərlər.

Daha sonra DİM-in müvafiq səhifəsinə daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurmaq və təsdiq etmək (və ya etdirmək) tələb olunur. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər də 18 fevraldan 5 martadək qeydiyyatdan keçməlidirlər.

Xarici dil seçimi və əlavə imtahan şansı kimlərə şamil olunur?

Orta məktəbin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir dil üzrə vermək istəyənlər diqqətli olmalıdır. Həmçinin, qəbul imtahanını təhsil aldığı dildən fərqli dildə vermək istəyən cari ilin məzunları da 5 mart tarixinədək seçimlərini etməlidirlər.

Bu kateqoriyadan olan abituriyentlər 19 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etmək hüququ qazanırlar. Eyni qayda, tədrisin və rus dilləri istisna olmaqla digər dillərdə aparıldığı məktəblərin məzunlarına da aiddir.

Keçən il buraxılış imtahanında iştirak edən abituriyentlər isə öz istəklərinə uyğun olaraq cari ilin I mərhələ imtahanında iştirak edə və ya etməyə bilərlər. İştirak etmədikdə, ötənilki nəticə əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur.

İmtahan ödənişləri və dövlət hesabına iştirak hüququ

Müsabiqədə iştirak ümumilikdə ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinə əlavə etməlidirlər. Ərizə təsdiq olunduqda həmin vəsait balansdan çıxılır.

Lakin Azərbaycan Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) imtahanda iştirakı dövlət büdcəsi hesabına həyata keçirilir.

Bundan əlavə, xüsusi kateqoriyalı vətəndaşlar üçün bütün mərhələlər ödənişsizdir. Bura şəhid ailəsinin üzvləri, məcburi köçkün statusu olanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir.

Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar da ödənişdən azaddırlar. Bu məlumatlar DİM tərəfindən elektron sistemlər vasitəsilə avtomatik yoxlanılır.

Ərizənin təsdiqi: SQK-ya getmək lazımdırmı?

Ərizənin təsdiqi iki üsulla həyata keçirilir və bu barədə məlumat sistem tərəfindən ekranda göstərilir. Abituriyentlərin əksəriyyəti ərizələrini onlayn qaydada özləri təsdiq edə bilirlər.

Lakin bəzi hallarda sənədlərin yoxlanılması tələb oluna bilər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan abituriyentlər, elektron formanı doldurduqdan sonra tələb olunan sənədlərlə birlikdə şəxsən müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Yekun olaraq xatırladaq ki, 11 illik baza üzrə kolleclərə qəbul da eyni tarixlərdə — 18 fevraldan 5 martadək internet vasitəsilə, "Şəxsi kabinet" üzərindən aparılır.

***

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) prosesinə başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat cədvəlində öz əksini tapıb. Qeydiyyat prosesi martın 5-dək davam edəcək.

Bundan əlavə, aprelin 19-da əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Həmçinin, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı da həmin tarixdə baş tutacaq.

Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı da aprelin 19-da təşkil olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax