Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bütün soyuqdəymə və qriplərə qarşı vahid peyvənd: Tibdə inqilabi addım

2 dəq
Paylaş:
Bütün soyuqdəymə və qriplərə qarşı vahid peyvənd: Tibdə inqilabi addım

" " tədqiqatçıları tibb dünyasında böyük əks-səda doğuran " " metodunu heyvanlar üzərində uğurla sınaqdan keçiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda erkən mərhələdə olan bu araşdırma mütəxəssislər tərəfindən infeksion xəstəliklərlə mübarizədə "böyük bir " kimi qiymətləndirilir.

"Science" jurnalında dərc olunan yeni yanaşma ənənəvi üsullardan fərqlənir.

Mövcud peyvəndlər immunitet sistemini konkret bir infeksiyaya qarşı hazırladığı halda, bu metod immun hüceyrələrinin bir-biri ilə ünsiyyət qurma formasını təqlid edir. Burun spreyi şəklində tətbiq edilən peyvənd ağciyərlərdəki "makrofaq" adlı ağ qan hüceyrələrini yüksək hazırlıq vəziyyətinə gətirir. Bu sayədə hüceyrələr orqanizmə daxil olmaq istəyən istənilən virus və ya bakteriyaya qarşı dərhal müdafiəyə keçir.

"Stanford University" professoru Bali Pulendran bildirib ki, bu hazırlıq vəziyyəti virusların orqanizmə yayılmasının qarşısını kəskin şəkildə alır. "Oxford University" professoru Daniela Ferreira isə qeyd edib ki, əgər insan klinik sınaqları uğurla nəticələnərsə, cəmiyyətin kütləvi yoluxucu xəstəliklərdən qorunma forması tamamilə dəyişəcək.

Bu kəşf xüsusilə qış aylarında səhiyyə sisteminin üzərinə düşən ağır yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax