Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar - YENİLƏNİB -2

2 dəq
Paylaş:
Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar - YENİLƏNİB -2

İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib.

Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Martin Çunqonqun Azərbaycan və parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.

Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

***

Türkiyədə səfərdə olan Milli Məclisin sədri bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

***

Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax