Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

2 dəq
Paylaş:
Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər zamanı dövlət başçısını Latviyanın naziri Bayba Braje müşayiət edəcək.

"Latviya və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaq. Bayba Braje iki tərəf arasında konsulluq məlumatları və təcrübə mübadiləsi sahəsində qarşılıqlı fəaliyyəti gücləndirəcək Latviya və Azərbaycan xarici işlər nazirlikləri arasında konsulluq məsələlərində üzrə Anlaşma Memorandumu imzalayacaq", - məlumatda bildirilib.

XİN-dən həmçinin bildirilib ki, Braje azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüş keçirməyi planlaşdırır: "Nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycan və arasında sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq daxil olmaqla regional və gündəliyə aid məsələləri müzakirə edəcəklər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax