Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Mədəniyyət haqqında" qanun dəyişdi

3 dəq
Paylaş:
"Mədəniyyət haqqında" qanun dəyişdi

sahəsində qrant maliyyələşdirilməsi üzrə yeni qaydalar təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Məclisin bugünkü iclasında "Mədəniyyət haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə olunaraq son oxunuşda qəbul edilib.

Mədəniyyət Sahəsində Qrant Qaydaları Necə Dəyişir?

Qeyd edilib ki, "Qrant haqqında" qanuna əsasən şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməyib. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən qaydalar indiyədək mədəniyyət sahəsində yalnız QHT-lər (Qeyri-hökumət təşkilatları) üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu müəyyənləşdirirdi.

Yeni layihəyə əsasən, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi üzrə QHT-lərlə yanaşı, digər növ hüquqi şəxslərfiziki şəxslər ilə bağlı tənzimləmənin həyata keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir. Bunlar nəzərə alınaraq, müsabiqələrin keçirilməsi qaydasının müəyyən edilməsi məqsədilə "Mədəniyyət haqqında" qanuna dəyişiklik təklif edilib.

"Mədəni və Yaradıcı Sənaye" Anlayışı Qanuna Salınır

Sənəddə vurğulanıb ki, sözügedən qanunda yaradıcı sənaye ilə bağlı tənzimlənmə mövcud olsa da, bu ifadəyə indiyədək hüquqi anlayış verilməyib.

"Mədəni və yaradıcı sənaye" ifadəsindən "2022-2026-cı illərdə sosial- Strategiyası"nın Tədbirlər Planında, " Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyası"nda və digər sənədlərdə istifadə edilib. Bu xüsusda, layihədə sözügedən anlayışın da təsbit edilməsi nəzərdə tutulur.

Yeni Qaydaları Kim Tənzimləyəcək?

Müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax