Operativ Məlumat Mərkəzi

Ayxan Hacızadə Litva rəsmilərinə cavab verib

1 dəq
Paylaş:
Ayxan Hacızadə Litva rəsmilərinə cavab verib
Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb. “Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına...

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Tvitter paylaşımına cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb.

“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, - o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər