Əsas məzmuna keç

Ayxan Hacızadə: Ermənistan sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməlidir

Ayxan Hacızadə: Ermənistan sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməlidir

Ermənistan tərəfi Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə...

tərəfi Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə etməli və sülh prosesinə verməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.

Qeyd edək ki, Ararat Mirzoyan “Anadolu” agentliyinə müsahibəsi zamanı Azərbaycan-Ermənistan sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xətlərinin açılması ilə bağlı bir sıra məsələlərə toxunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…