Əsas məzmuna keç

Ayxan Abbasov: "Təki futbolçularım sağ olsun"

Ayxan Abbasov: "Təki futbolçularım sağ olsun"

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Turan Tovuz”un Ayxan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda (0:4) danışıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Azarkeşlərə təşəkkür edirəm. Çoxdan görmədiyimiz ab-havanı sərgilədilər. Çox təəssüf ki, onları sevindirə bilmədik. Bəlkə də, “Neftçi” ən yaxşı oyununu oynadı. Bunu gözləyirdik. Üzücü məğlubiyyət oldu. Lakin belə oyunlar bizim üçün vacibdir. Futbolçularımın inkişaf etməsi önəmlidir.

Kubok oyunlarında yanaşma fərqli olur. Bu gün sınaqlar keçirtdik. Qışda sonra rəqibimizdə yaxşı mənada dəyişikliklər var. Neçə oyun idi ki, onları analiz edirdik. Bu gün olan oyun kiçik imtahan idi. Müxtəlif variantlar var. Rəqib bizi çox sıxırdı. Sınaqlar keçirtdik. Kubok oyununda başqa sistemlə oynaya bilərik. futbolçularım sağlam olsun.

İlk hissə rəqib çox təzyiq göstərdi. “Neftçi”nin son oyunlar ən yaxşı təzyiqi saymaq olardı. Planımız başqa idi, lakin rəqib imkan vermədi”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…