Əsas məzmuna keç

AYNA: Parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır

AYNA: Parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır

Yerüstü Agentliyinin (AYNA) balansında olan parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 – 4 manat 66 qəpik arasında dəyişir. Ən yüksək aylıq tariflə isə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

AYNA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Hökumət evi, Qış Parkı və Mərkəzi Parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən xərcləri tam qarşılamır.

“Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…