Əsas məzmuna keç

AYNA: Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb

AYNA: Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb

Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal...

Bakıdan Azərbaycanın bölgələrinə martın 19-20-i tarixlərində 760 reyslə 27 832 sərnişin daşınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi (RİNN) yanında Yerüstü Nəqliyyat Agentliyinə () istinadən xəbər verir.

"Gücləndirilmiş rejimin ilk 2 günü ərzində rekord göstəricilər qeydə alınıb. Birinci gündə Bakı Beynəlxalq Kompleksindən () müxtəlif istiqamətlərdə həyata keçirilən 386 reyslə 14 mindən çox, ikinci gün isə BBAK-dan 374 reyslə 13 824 sərnişin daşınıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib", - məlumatda deyilir.

Sərnişinlərin 48 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

Qeyd edək ki, ölkənin bütün avtovağzal və avtostansiyaları martın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…