“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb

“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
29.03.2024 13:19
Aa
dəq

“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “AvtoVAZ”ın rəhbəri Maksim Sokolovun sözlərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər üçün Rusiyanın Tolyatti şəhərindən olan mütəxəssislər təlim keçiblər.

Qeyd edilib ki, Azərbaycanda yerli istehsalın açılması “Lada”nın bu ölkədəki bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin mövcudluğunu artırmağa kömək edəcək.

“Biz “Granta” ilə başlayırıq və ilin sonuna qədər yerli istehsalın çeşidini “Niva” ailəsi – “Legend” və “Travel” ilə genişləndirməyi planlaşdırırıq. Test nümunələri artıq yığılıb, “Vesta” ailəsi ilə birlikdə keyfiyyət yoxlamasından keçir. Yaxın bir neçə ildə illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər”, - məlumatda qeyd edilib.

Həftənin ən çox oxunanları

Bu yollarda tıxac var - SİYAHI

Bu yollarda tıxac var - SİYAHI
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanda 12 yeni etalon laboratoriyası yaradılacaq

Bu il Azərbaycanda 12 yeni etalon laboratoriyası yaradılacaq
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR

Qarabağa getmək istəyənlərin nəzərinə - BİLETLƏR SATIŞA ÇIXARILIR
DAVAMIN OXU davamın oxu

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
DAVAMIN OXU davamın oxu