Operativ Məlumat Mərkəzi

Avstraliyanı İlza qasırğası gözləyir

2 dəq
Paylaş:
Avstraliyanı İlza qasırğası gözləyir
Avstraliya MeteorologiyaBOM-dan edilən açıqlamada İlsa qasırğasının bu axşam və sabah səhər saatda 285 kilometri keçən güclü küləklərlə Qərbi...

Avstraliyanın qərbinə təsir edəcəyi proqnozlaşdırılan “İlsa” qasırğası güclənib və quruya yaxınlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avstraliya MeteorologiyaBOM-dan edilən açıqlamada İlsa qasırğasının bu axşam və sabah səhər saatda 285 kilometri keçən güclü küləklərlə Qərbi Avstraliyada təsirli olacağı bildirilib.

Açıqlamada, sahil bölgələrində hiss olunmağa başlayan "İlsa" qasırğasının 5-ci kateqoriyaya keçmə ehtimalının olduğu açıqlanıb.

On minlərlə evə təsir edəcəyi gözlənilən "İlsa" qasırğası öncəsi "fırtına" xəbərdarlığı edilən Qərbi Avstraliya əyalətində xalq buna hazırlaşır.

Avstraliyada 2021-ci ildə ölkəyə təsir edən tropik Seroja qasırğası 31 mindən çox evi vurub.Qasırğa səbəbi ilə turizm Kalbarri şəhərindəki binaların 70 faizi zərər görüb.

Avstraliya Meteorologiya Xidməti Serojanın Kalbarri şəhəri və ətrafında "ən azı 50 ilin ən güclü qasırğası" olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər