Operativ Məlumat Mərkəzi

Avstraliyada təyyarə təcili eniş etdi - Səbəb

1 dəq
Paylaş:
Avstraliyada təyyarə təcili eniş etdi - Səbəb
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, QF643 reysi Sidney hava limanından havaya qalxdıqdan qısa müddət sonra kabinədə tüstü aşkarlandığı...

Avstraliyanın Qantas aviaşirkətinə məxsus təyyarə pilot kabinəsində tüstü aşkar edildikdən sonra Sidney hava limanına təcili eniş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, QF643 reysi Sidney hava limanından havaya qalxdıqdan qısa müddət sonra kabinədə tüstü aşkarlandığı üçün pilot yerə enmək məcburiyyətində qalıb.

Qantas sözçüsü verdiyi açıqlamada şirkətin işin pozulmasına görə üzr istədiyini söylədi.

Sözçü pilotların belə vəziyyətlərin öhdəsindən gəlmək üçün təlim keçdiyini və müvafiq prosedurlara əməl edildikdən sonra təyyarənin təhlükəsiz eniş etdiyini bildirib.

Şirkət məsələ ilə bağlı araşdırma aparılacağını da açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər