Avstraliyanın, yanğınların davam etdiyi Viktoriya və Yeni Cənubi Uels bölgələri bu dəfə daşqın təhlükəsiylə üzləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avstraliya mətbuatı məlumat yayıb.
Belə ki, baş nazir Entoni Albanese açıqlamasında yanğınlar və daşqın təhlükəsinin hökumətin "iqlim böhranı ilə mübarizədə qətiyyətli" olmasına səbəb olduğunu bildirib.
Avstraliyanın çətin hava şəraitinə hazırlığını maksimum dərəcədə artırmasının vacibliyini bildirən Albanese, "Burada və indiki zamanla ilə məşğul olmalıyıq",- deyə qeyd edib.