Operativ Məlumat Mərkəzi

Avropa Parlamentinin üzvləri Polşa hökumətini konstitusiyanı pozmaqda ittiham ediblər

2 dəq
Paylaş:
Avropa Parlamentinin üzvləri Polşa hökumətini konstitusiyanı pozmaqda ittiham ediblər
bu barədə "Lenta.ru" məlumat verib. Nəşrin məlumatına görə, deputatların Avropa Komissiyasına (AK) etirazı mətnində deputatlar Nazirlər Kabinetini...

Avropa Parlamentinin (AP) müxtəlif ölkələrdən olan bir qrup üzvü Polşa hökumətinin konstitusiyanı kobud şəkildə pozduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat verib.

Nəşrin məlumatına görə, deputatların Avropa Komissiyasına (AK) etirazı mətnində deputatlar Nazirlər Kabinetini qanunun aliliyi prinsipini pozmaqda ittiham ediblər.

Deputatlar xatırladıblar ki, 2023-cü il dekabrın 20-də Polşanın yeni hökuməti dövlət mediasına “zorla nəzarəti ələ keçirib”.

“Onlar Konstitusiyanı və Polşa qanunlarını açıq şəkildə pozaraq, idarə heyəti üzvlərini işdən çıxarıb və öz idarə heyəti üzvlərini təyin ediblər. Onlar ictimai televiziyanın qərargahına quldurlar göndərib, əməkdaşları qovmaq üçün fiziki zorakılıq tətbiq ediblər və ictimai televiziya kanalını efirdən çıxarıblar”, - məktubda deyilir.

Müraciətdə qeyd olunur ki, AK Macarıstan məsələsində qanunun aliliyi və media azadlığından danışsa da, indi susqunluq nümayiş etdirir ki, bu Komissiyanın qanunun aliliyi məsələlərində ikili standartlar tətbiq etdiyini göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər