Operativ Məlumat Mərkəzi

Avropa Parlamenti gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edəcək

1 dəq
Paylaş:
Avropa Parlamenti gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edəcək

Avropa Parlamenti gələn həftə plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyadan olan deputat Viola fon Kramon məlumat verib.

“Əgər biz viza proqramı və ya liberallaşdırma tədbirləri ilə irəliləsək, bu, ticarət və bazarlarımızın liberallaşdırılması baxımından da insanlar üçün nəzərəçarpacaq hadisə olacaq”, - o qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv olan bəzi ölkələrin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı ciddi narahatlıqları var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər