Avropa Liqası: 1/4 finalın cütlükləri bəlli olub

Avropa Liqası: 1/4 finalın cütlükləri bəlli olub
17.03.2023 16:13
Aa
dəq

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.

Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-birilə qarşılaşa biləcəklər.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

"Bayer" (Almaniya) - "Union" (Belçika)

"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu