Ukraynada münaqişə 2030-cu ilə qədər və ondan sonra da davam edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Hollandiyanın keçmiş xarici işlər naziri, iqlimin mühafizəsi üzrə Avropa komissarı Vopke Hoekstra Hollandiyanın Eyndhoven Texniki Universitetinin tələbələri ilə görüşündə bildirib.
“Müharibə çox güman ki, bu onillik bitdikdən sonra da davam edəcək”,- deyə o vurğulayıb.
O, Avropa problemlərindən danışaraq qeyd edib ki, Avropa gələcəkdə bir sıra “ekzistensial çağırışlarla” üzləşə bilər. Hoekstra bunlar arasında miqrasiya, iqlim dəyişikliyi və süni intellektdən istifadə ilə bağlı riskləri sadalayıb.