Operativ Məlumat Mərkəzi

Avropa İttifaqı Şurasının Prezidenti: "Ukrayna məğlubedilməzdir"

1 dəq
Paylaş:
Avropa İttifaqı Şurasının Prezidenti: "Ukrayna məğlubedilməzdir"
bunu Ş.Mişel tviterdə yazıb. “Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, - o bildirib. Qeyd edək ki, V.Zelenski “Böyük...

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.

“Ukrayna məğlubedilməzdir. Bizim dəstəyimiz və dostluğumuz sarsılmazdır”, - o bildirib.

Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər