Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Macarıstanda baş verən hadisələrdən getdikcə daha çox narahat olmağa başlayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Euractiv" müxtəlif diplomatik mənbələrə istinadən yazıb.
Mətndə Macarıstanın baş naziri Viktor Orbanın son iki ildə Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxdığı, Qərbin sanksiyalarını dayandırdığı, maliyyə və hərbi yardım sazişlərinin bağlanmasına mane olduğu, İsveçin NATO-ya daxil olmasını əngəllədiyi və Ukraynanın münaqişədə qalib gəlmək qabiliyyətini şübhə altına aldığı bildirilir.
"Getdikcə daha çox üzv dövlət Aİ və ya NATO iclaslarında təhlükəsizlik və digər mühüm məsələləri müzakirə etməkdən narahatdır", - deyə Aİ-nin diplomatı deyib.