Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rəsmi: Avstraliya İranın hücumlarına görə hərəkətə keçdi

2 dəq
Paylaş:
Rəsmi: Avstraliya İranın hücumlarına görə hərəkətə keçdi

Yaxın Şərqdə artan gərginlik fonunda Birləşmiş Ərəb Əmirliklərinə hərbi dəstək göndərəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Avstraliyanın Entoni mətbuat konfransında bildirib ki, Avstraliya Kral Hərbi Hava Qüvvələri Fars körfəzinin hava məkanının qorunmasına dəstək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə kəşfiyyat təyyarəsi və hava-hava raketləri göndərəcək.

Albanese qeyd edib ki, Yaxın Şərqdə İranla bağlı münaqişə bir həftədən bir qədər əvvəl başlayıb və Tehran tərəfindən həyata keçirilən cavab hücumları getdikcə artır.

Onun sözlərinə görə, Kiprdən Fars körfəzinə qədər bölgədə 12 ölkəyə hücumlar davam edir.

əlavə edib ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın müraciəti əsasında Avstraliya BƏƏ-yə "E7A Wedgetail" kəşfiyyat təyyarəsi, qabaqcıl orta mənzilli hava-hava raketləri və dəstək heyəti göndərəcək.

O bildirib ki, Yaxın Şərqdə təxminən 115 min avstraliyalı yaşayır və onların 24 mini BƏƏ-də məskunlaşıb. Bu amil də hərbi yardım qərarında mühüm rol oynayıb.

Albanese vurğulayıb ki, göstərilən hərbi dəstək yalnız müdafiə xarakteri daşıyır və məqsəd həm avstraliyalıların təhlükəsizliyini təmin etmək, həm də Körfəz ölkələrinin səbəbsiz hücumlardan qorunmasına kömək etməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax