Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hesablama Palatası büdcə xərclərində kənarlaşmalar aşkar etdi

3 dəq
Paylaş:
Hesablama Palatası büdcə xərclərində kənarlaşmalar aşkar etdi

2025-ci ildə Azərbaycanda icra olunmuş dövlət büdcəsi xərclərinin 86,3 %-ni əhatə edən hesabatlar üzləşdirilməklə təhlil edilib, büdcə

vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar üzrə bəzi hallarda müəyyən olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən illərdə olduğu kimi, 2025-ci il dövlət büdcəsi vəsaitlərinin istifadəsi ilə bağlı Baş Kredit sərəncamçılarının təqdim etdiyi hesabatlar təhlil edilib. Dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 170-dən çox qurum (istiqamət) üzrə 33,3 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər ( tərəfindən təqdim edilən bank hesablarından çıxarış, arayış və s.) nəzərdən keçirilib ki, bu da icra dövlət büdcəsi xərclərinin 86,3 %-ni təşkil edir. Təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 1,2 milyard manat artıb.

Analitik prosedurlar əsasında qurumlar tərəfindən büdcə təşkilatlarının vəsaitlərinin icrası ilə bağlı təqdim olunan hesabatların icra hakimiyyəti orqanının hesabatları ilə müqayisəsi həyata keçirilib.

Hesabat ilində ilk dəfə olaraq dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə rəy verilməsilə bağlı Hesablama Palatasının vəzifəsinin icrası istiqamətində müvafiq sistem vasitəsilə əldə edilən hesabat və məlumatlar 100-dən artıq meyar əsasında qiymətləndirilib.

Aparılan ilkin təhlillər nəticəsində bəzi kənarlaşma və risklər, o cümlədən bəzi hallarda inzibati təsnifat üzrə icra edilmiş xərc məbləğinin həmin qurum tərəfindən təqdim edilən göstəricilərlə uzlaşmadığı müəyyənləşdirilib. Təhlillər nəticəsində edilmiş faktlarla bağlı müvafiq qurumlara arayışlar təqdim edilib:

Ümumilikdə aşkar edilmiş fərqlər bir sıra səbəblərlə bağlı olub. Belə ki:

"2025-ci il dövlət büdcəsi haqqında" 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi ilə bağlı ölkə Prezidentinin 27 dekabr 2024-cü il tarixli fərmanının tələblərinə baxmayaraq, bir sıra qurumlar üzrə nəzərdə tutulmuş vəsaitlərin icrası həmin qurum tərəfindən deyil, tabeliyində olan baş kredit sərəncamçıları tərəfindən icra edilib, lakin hesabatlılıqda yuxarı qurumun xərcləri kimi göstərilib;

bəzi qurumlar tərəfin icra edilmiş vəsaitlər barədə tam və vaxtında hesabatlılıq təmin edilməyib, hesabatların doldurulmasında xətalara yol verilib;

bəzi qurumlar tərəfindən xərc məbləğində digər mənbələrdən icra olunan vəsait daxil edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax