"Atletiko" PSJ-nin futbolçusunu almaq istəyir

"Atletiko" PSJ-nin futbolçusunu almaq istəyir
27.10.2023 13:01
Aa
dəq

PSJ-nin vingeri Fabian Ruiz karyerasını İspaniya çempionatında davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "El Nacional" xəbər verib. 

Mənbənin məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ilə "Atletiko Madrid" maraqlanır.

Fabianın transferinin əsas təşəbbüskarı “matrasçılar”ın baş məşqçisi Dieqo Simeonedir.

Parislilər Ruizin potensial transferini 20 milyon avro qiymətləndirir.

Həftənin ən çox oxunanları