Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İraqda Fransız hərbi bazasına hücum: Ölən və yaralananlar var

1 dəq
Paylaş:
İraqda Fransız hərbi bazasına hücum: Ölən və yaralananlar var

İraqın Ərbil bölgəsində koalisiya qüvvələrinin istifadə etdiyi bazaya silahlı hücum təşkil edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezidenti hücum nəticəsində bir fransız hərbçisinin həyatını itirdiyini rəsmən təsdiqləyib.

O, bu hadisəni "qəbulolunmaz" adlandıraraq, fransız hərbçilərinin bölgədə 2015-ci ildən bəri yalnız terrorizmlə mübarizə məqsədilə fəaliyyət göstərdiyini vurğulayıb.

olan hərbçinin "7-ci Alp Ovçu Taburu"nun baş giziri Arno Frion olduğu bildirilir.

Hadisə zamanı bazada digər ölkələrin, o cümlədən İtaliyanın hərbi personalı da olub.

Ərbil Valiliyindən verilən məlumata görə, hücum nəticəsində 5 nəfər yüngül xəsarət alıb. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib.

Müşahidəçilər hücumun arxasında İranpərəst şiə qruplaşmalarının dayandığını ehtimal edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax