Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Asif Əli Zərdari: "Azərbaycanla strateji tərəfdaşlıq möhkəmlənir"

2 dəq
Paylaş:
Asif Əli Zərdari: "Azərbaycanla strateji tərəfdaşlıq möhkəmlənir"

Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasındakı əlaqələr möhkəmlənməkdə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Pakistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovun Ayvan-e-Sədr iqamətgahındakı vida görüşü zamanı bildirib.

"Zərdari qeyd edib ki, Pakistan Azərbaycanı etibarlı qardaş ölkə və strateji tərəfdaş kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, qarşılıqlı etimada və bir-birinin əsas maraqlarına göstərilən dəyişməz dəstəyə əsaslanan ikitərəfli əlaqələr möhkəmlənməkdə davam edir", - məlumatda vurğulanıb.

Pakistan Prezidenti ölkələr arasında parlament, işgüzar, mədəni və humanitar mübadilələrin fəallaşmasını məmnunluqla qeyd edib. O, iki dövlət rəhbərliyinin ümumi baxışının ticarət və investisiya, əlaqələri, informasiya texnologiyaları, ilə mübarizə və turizm sahələrində konkret nəticələrə çevrilməsi işinə, eləcə də müdafiə və sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.

Zərdari həmçinin Fərhadovun Pakistanla arasında uzun illərdir davam edən qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana həyata keçirilən və ikitərəfli münasibətlərdə yeni bir səhifə açan tarixi dövlət səfərinin təşkilində Fərhadovun rolunu vurğulayıb.

Zərdari Fərhadovu İslamabaddakı diplomatik missiyasının uğurla başa çatması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax