“ASAN Xidmət” konsepsiyası BMT-də təşviq edilə bilər

“ASAN Xidmət” konsepsiyası BMT-də təşviq edilə bilər
03.04.2023 20:45
Aa
dəq

“ASAN Xidmət” konsepsiyası BMT sistemi daxilində təşviq edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qəbul etdiyi qətnamədə bildirilib.

Qeyd olunub ki, Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.

Qəbul edilmiş qətnamə səmərəli dövlət xidmətlərinin bütün insan hüquqlarının müdafiəsi və təşviqində və BMT-nin Dayanaqlı İnkişaf Gündəliyinin həyata keçirilməsində əhəmiyyətini vurğulayır. Rəqəmsal texnologiyaların korrupsiyanın qarşısının alınması və onunla mübarizədə oynadığı mühüm rolu ön plana çıxaran qətnamə dövlət xidmətləri sahəsində uğurlu modellər təsis etmiş BMT üzv ölkələrini öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edir.

Qətnamə 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.

Həftənin ən çox oxunanları

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb

MDB PA Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçilər missiyası formalaşdırmağa başlayıb
DAVAMIN OXU davamın oxu

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq

Səfir: Aİ-nin dəstəyilə Azərbaycanda insanların həyatının xilas edilməsindən qürur duyuruq
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər

Azərbaycanla Qambiya diplomatik pasportlara malik şəxslərə vizasız gediş-gəliş tətbiq ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb

Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqlənib, ikiqat vergitutma aradan qaldırılıb
DAVAMIN OXU davamın oxu