"Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus olan "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Elektrik şəbəkələri" ilə bağlı biz konseptual səviyyədə qərar vermişik - bu, etibarlı idarəetməyə verilmiş dövlət mülkiyyəti olacaq", - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, istehsalat müəssisələrinin, o cümlədən "Araratsement" zavodunun dövlətin mülkiyyətində və idarəçiliyində qalması doğru olmaz: "Bu müəssisələr özəlləşdirilməlidir, lakin şəffaf müsabiqələr yolu ilə. Bununla belə, dövlət səhm zərfini və direktorlar şurasında yerini qoruyub saxlamalıdır".