"Ermənistan yeni nüvə reaktorunun tikintisi ilə bağlı nüvə texnologiyalarına malik müxtəlif ölkələrlə əməkdaşlığı davam etdirir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hazırda bütün tərəfdaşlarımızla - Fransa, ABŞ, Rusiya, Cənubi Koreya və Çinlə işləyirik və bütün mümkün suallara etibarlı cavablar alındıqdan sonra lazımi qərarlar veriləcək”, - Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla memorandum imzalanıb ki, bunlardan biri nüvə enerjisi də daxil olmaqla enerji sektoruna aiddir.
Qeyd edək ki, 1 oktyabr 2025-ci ildə Paşinyan Ermənistanın növbəti nüvə reaktorunun kiçik modul reaktor olacağı ilə bağlı strateji qərar verdiyini və bu məsələ ilə bağlı beş ölkə ilə danışıqların aparıldığını açıqlamışdı.