İrəvan və Bakı hələ də əsas məsələlərdə irəliləyişə nail olmayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Siz başa düşməlisiniz ki, bəzi məsələlərdə irəliləyiş var, lakin onlar əsas deyil. Biz bir daha qeyd etməliyik ki, danışıqlar gedir. Brüsseldən sonra Kişinyovda da görüşün keçirilməsi planlaşdırılır. Çalışaq ki, yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləyək və irəli gedək" - deyə o qeyd edib.