Əsas məzmuna keç

Hikmət Hacıyev Ermənistanda görüş keçirdi - Foto

Hikmət Hacıyev Ermənistanda görüş keçirdi - Foto

Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında...

en ru

Ermənistanın Dilican şəhərində Prezidentinin köməkçisi ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi arasında işgüzar görüş keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…