Operativ Məlumat Mərkəzi

"Araz-Naxçıvan" "Qarabağ"ı məğlub edib

1 dəq
Paylaş:
"Araz-Naxçıvan" "Qarabağ"ı məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son oyunu keçirilib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Qarabağ" "Araz-Naxçıvan"la...

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.

"Köhlən atlar"ın heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza atıb.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər