“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə anlaşıb

“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə anlaşıb
16.07.2024 13:40
Aa
dəq

“Araz-Naxçıvan” daha bir futzalçını transfer edib.

Klubdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək komanda Kayke Aledes de Oliveyranı heyətinə qatıb.

30 yaşlı braziliyalı müdafiəçi son olaraq Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.

Qeyd edək ki, daha əvvəl braziliyalı Kadinyonu və serbiyalı Lazar Milosavlyeviçi transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Həftənin ən çox oxunanları