Operativ Məlumat Mərkəzi

Ararat Mirzoyan Brüsselə səfərə gedib

1 dəq
Paylaş:
Ararat Mirzoyan Brüsselə səfərə gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər