Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Araqçı: İranın diplomatik gücü ordunun qüdrətindən qaynaqlanır

2 dəq
Paylaş:
Araqçı: İranın diplomatik gücü ordunun qüdrətindən qaynaqlanır

və hərbi sahə arasındakı sıx xarici sui-qəsdlərə qarşı ölkənin qələbəsinin əsas təminatçısıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın naziri Araqçı İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ölkənin Ordu Komandanı general-mayor Əmir Hatəmi və yüksək rütbəli hərbi heyətlə görüşündə deyib.

Görüş zamanı nazir İranın diplomatiya sahəsindəki nailiyyətlərinin birbaşa silahlı qüvvələrin yüksək potensialı ilə bağlı olduğunu bəyan edib.

Tehranda Xarici İşlər Nazirliyində keçirilən birgə iclasda ölkənin suverenliyinin və milli təhlükəsizliyinin qorunması məqsədilə hərbi sahə ilə aparat arasındakı koordinasiya məsələləri müzakirə olunub.

Abbas Araqçı ordunun fədakarlığını və ölkənin ərazi bütövlüyünün müdafiəsindəki rolunu yüksək qiymətləndirib.

Görüşün sonunda Araqçı hərbi nümayəndə heyətini Maskat görüşündə müzakirə olunan məsələlər barədə məlumatlandırıb və milli maraqların müdafiəsində hərbi-diplomatik vəhdətin əhəmiyyətini bir daha xatırladıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax