İranın xarici işlər naziri Abbas Araqçı ilə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər ikitərəfli münasibətlər və beynəlxalq tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı hər iki tərəf əməkdaşlığın davam etdirilməsinin və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, son regional və beynəlxalq hadisələri müzakirə edərkən İran və Qətər xarici işlər nazirləri regional sabitliyin qorunmasına və gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdirilməsinin vacibliyinə toxunublar.