AQTA tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib

AQTA tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib
02.12.2023 10:10
Aa
dəq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə agentlikdən məlumat verilib.

Bildirilib ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb.

Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən “Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticələrinə əsasən, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib.

Qeyd edək ki, həmin məhsulun istehsalında istifadəsi qadağan edilən bu yad kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsirlər göstərərək ciddi fəsadlar törədə bilir.

Qeyd edək ki, Azərbaycana qanunsuz yollarla gətirilən “Samyun Wan” preparatı bioloji aktiv qida məhsulu deyil və agentlik bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bioloji aktiv qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də, vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını alacaqdır.

Həftənin ən çox oxunanları

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb

Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, bir nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar
DAVAMIN OXU davamın oxu

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu