Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bölgədəki vəziyyətin gərginləşməsi fonunda "Apple" şirkəti BƏƏ-dəki mağazalarını bağladı

1 dəq
Paylaş:
Bölgədəki vəziyyətin gərginləşməsi fonunda "Apple" şirkəti BƏƏ-dəki mağazalarını bağladı

Inc. Birləşmiş Əmirliklərindəki bütün pərakəndə mağazalarının fəaliyyətini müvəqqəti olaraq dayandırdığını elan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə WCCFTech-in yaydığı məlumat yayıb.

Qərar ölkə üzrə beş pərakəndə satış məntəqəsini edir. Onlardan üçü Əbu-Dabidə, ikisi isə Dubayda yerləşir.

Qeyd olunur ki, əməliyyatların dayandırılması BƏƏ İnsan Resursları Nazirliyinin tövsiyələrinə uyğun olaraq həyata keçirilib. Nazirlik özəl şirkətlərə əlavə tədbirlərinin görülməsini, əməkdaşların məsafədən iş rejiminə keçirilməsini və ictimai yerlərdə iştirakın minimuma endirilməsini tövsiyə edib.

Rəsmi məlumata əsasən, məhdudiyyətlər martın 3-dək qüvvədə olacaq. Bununla belə, onların uzadılıb-uzadılmayacağı ilə bağlı hələlik əlavə açıqlama verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax