"Antiterror əməliyyatından sonra bölgədə vəziyyət stabildir" - AÇIQLAMA

"Antiterror əməliyyatından sonra bölgədə vəziyyət stabildir" - AÇIQLAMA
09.09.2024 20:05
Aa
dəq

Keçən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatını öz keçirilmə vaxtı, eyni zamanda keçirilmə taktikası ilə hər antiterror əməliyyatı ilə müqayisə etmək olmaz. Əsas məsələ odur ki, biz hansısa bir terrorçuya qarşı deyil, bir terror yuvasına, özünü dövlət elan etmiş terroristlərə, separatçılara qarşı keçirmişik. Yaxşı silahlanmış, müasir silahları və müxtəlif dövlətlərdə terror təşkilatlarının düşərgələrində təlim keçmiş bir orduya qarşı antiterror əməliyyatı keçirdik.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisinin VI çağırış deputatı Arzu Nağıyev bildirib.

“Əsas məsələ odur ki, biz etik antiterror əməliyyatı həyata keçirdik. Burada Azərbaycan ordusu, xüsusi xidmət orqanları, bütün iştirakçı hərbçilərin hər biri müharibə qanunlarına uyğun olaraq, etik normaları qorudular. Heç bir şəxsə qarşı (terror təşkilatının üzvü deyilsə) hər hansısa bir təcavüz və yaxud öldürmək məsələsi olmadı. Sadəcə olaraq məqsəd terrorçuların silahlarının əlindən alınması, onları məhv etmək, eyni zamanda ərazimizdən qovmaq idi. Bununla da Azərbaycan tam şəkildə özünün ərazi bütövlüyünü bərpa etdi”.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Millət vəkili vurğulayıb ki, paralel olaraq, kim ərazini tərk etmək istəyirsə, onlara müvafiq dəhlizlər yaradıldı və onlar ərazini tərk etdilər. Lakin yerdə qalan terrorçulara qarşı ən ciddi addımlar atıldı. Baxmayaraq ki, bir ilə yaxın müddət keçib, indi də onların silah-sursatlarının yığılması davam edir və çıxan silahların da, texnikanın da nədən ibarət olduğunu bütün dünya görür.

“Azərbaycan ordusunun antiterror əməliyyatını keçirməsini zəruri edən amil ondan ibarət idi ki, separatçı dəstələrin Azərbaycan daxilində yeni bir dövlətin yaradılması üçün zəmin yaradırdılar. Bunun da qarşısı mütləq şəkildə alınmalı idi. Bildiyimiz kimi, onların bütün rəhbər heyəti həbs edilib və öz cəzalarının nə ilə nəticəndiyini öz gözləri ilə görməkdədirlər.

Bizim heç kimin ərazi bütövlüyündə gözümüz yoxdur. Sadəcə olaraq, öz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edirdik və buna görə də biz bu əməliyyatı keçirdik”.

Antiterror əməliyyatının daha öncə açıqlanmayan DETALLARI

Deputat vurğulayıb ki, bu gün antiterror əməliyyatından sonra regionda demək olar ki, vəziyyət stabildir. Buna baxmayaraq, Qərb ciddi cəhdlə çalışır ki, Ermənistan ərazisinə silah daşısın və buna müəyyən qədər nail olurlar. Eyni zamanda, sərhəddə vizual kəşfiyyatçılar yerləşdirməklə Azərbaycana qarşı məlumatların toplanması və öz rəhbərlərinə ötürülməsi istiqamətində addımlar atırlar. Buna baxmayaraq Azərbaycan tam şəkildə öz ərazisini, suverenliyini bərpa edib. Artıq delimitasiya və demarkasiya məsələsi başlayıb. Düşünürəm ki, bu davam edəcəkdir.

“Bu gün baxmayaraq ki, Qərb müharibəni yenidən alovlandırmağa çalışır, Azərbaycan bütün atılacaq addımlara qarşı adekvat cavab verməyə qadirdir. Buna bizim ordumuzun, xüsusi xidmət orqanlarımızın gücü var. Azərbaycan xalqı başa düşür ki, bu suverenliyini, ərazi bütövlüyünü bir daha onlardan almaq mümkün olmayacaq. Ona görə də, bu antiterror əməliyyatının müsbət cəhdi ondan ibarətdir ki, biz heç bir dövlətin ərazi bütövlüyünə təcavüz etmədik, eyni zamanda beynəlxalq qanunlara qarşı hər hansısa zidd hərəkət etmədik və beynəlxalq qanunlara uyğun olaraq öz ərazi bütövlüyümüzü bərpa etdik”, - deyə millət vəkili sonlandırıb.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY

27 sentyabr şanlı vətən tarixinin başlanğıcıdır - RƏY
DAVAMIN OXU davamın oxu

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA

44 günə yumruq kimi birləşib düşmənin başını əzdik - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY

Bu zəfər regionda bütün reallığı bizim xeyrimizə dəyişdi - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq

Azərbaycan var olduqca şəhid və qazilərimizə borclu olacağıq
DAVAMIN OXU davamın oxu

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY

Üçtərəfli görüşün nəticələri nə vəd edir? - RƏY
DAVAMIN OXU davamın oxu