Anlaşma Memorandumu imzalanıb

Anlaşma Memorandumu imzalanıb
01.03.2023 15:50
Aa
dəq

Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına ilkin zəmin hazırlamaq və bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Anlaşma Memorandumunu Dövlət Miqrasiya Xidməti adından Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatı adından isə Antonio Vitorino imzalayıb.

Memorandum gələcəkdə mərkəzin beynəlxalq səviyyədə təkmil kurikulum əsasında fəaliyyətin təmin edilməsi istiqamətində atılan vacib addım kimi səciyyələndirilib.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikri mübadiləsi aparılıb.

Görüşdən sonra Antonio Vitorino Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olub, həmçinin “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları və Mərkəzin fəaliyyətində yaxından iştirak edən Miqrasiya Könüllüləri ilə görüşüb. Baş direktor Xidmətin Heydər Əliyev Muzeyini ziyarət edib və xatirə kitabına ürək sözlərini yazıb.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu