Operativ Məlumat Mərkəzi

Ankarada terror hadisəsi baş verib

1 dəq
Paylaş:
Ankarada terror hadisəsi baş verib
bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib. O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. 11:25...

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

11:25 ***

Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.

Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər